Bakıda və Abşeronda son 120 ildə rekord temperatur göstəricisi qeydə alınıb

Bakıda və Abşeronda son 120 ildə rekord temperatur göstəricisi qeydə alınıb
1 İyul 2018
Mətni dəyiş

1 iyul 2018-ci il tarixində Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınıb - 43-44 dərəcə.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosundan məlumat verilib.

Bildirilir ki, bundan əvvəl rekord göstərici Bakı üçün 2017-ci ilin avqust ayında müşahidə edilib - 41, 6 dərəcə. Bu gün qeyd olunan temperatur həm iyul ayı üçün, həm də bütün yay mövsümü üçün rekord temperaturdur.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun