Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti bildirib ki, iyulun 25-də Bakıda və Abşeronda tozun miqdarının sanitar normadan 4 dəfə yuxarı olduğu qeydə alınıb. Buna səbəb ölkə ərazisinə Türkmənistandan atmosfer axınları ilə zəif toz dumanının daxil olmasıdır.
Belə vəziyyət ayın 27-dək davam edəcək, nazirliyin məlumatında deyilir.