Avropa Birliyi Rusiyaya qarşı sanksiyaların müddətini daha 6 ay müddətinə uzadıb.
Bu barədə Avropa Birliyinin rəsmi jurnalı məlumat yayıb.
Sənəddə qeyd olunur ki, iyulun 5-də Avropa Şurası Rusiya iqtisadiyyatının spesifik sektorunun yönəlmiş sanksiyaların müddətini 2019-cu il yanvarın 31-dək uzadıb.
Avropa Birliyi Ukraynadakı vəziyyətə görə martda 150 şəxsə və 38 təşkilata qarşı sanksiyaların müddətini sentyabrın 15-dək artırıb.
Qərar iyulun 9-dan qüvvəyə minib.