Tovuza yağan güclü yağış evləri su altında qoyub

Tovuza yağan güclü yağış evləri su altında qoyub
10 İyun 2018
Mətni dəyiş

Bu gün səhər saat 05.00 radələrindən başlayaraq 2 saat ərzində Tovuzda leysan xarakterli yağış yağıb.

Nəticədə kənd təsərrüfatına sahələrinə, xüsusən taxıl sahələrinə ciddi ziyan dəyib. Rayon mərkəzinə elektrik enerjisi verilişi dayanıb. Bəzi yaşayış yerləri və ticarət obyektlərinin zirzəmilərinə su dolub. Həmçinin rayon mərkəzində iki yeraltı keçidi su basıb, bir avtomobil keçiddə qalıb. Hazırda leysanın fəsadlarının aradan qaldırılması üçün tədbirlər görülür.

***

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev  bildirib ki, gecə saatlarında güclü küləyin Tovuz rayonunun mərkəzi və Qovlar qəsəbəsində elektrik enerjisi təchizatında yaratdığı fəsadlar qurumun əməkdaşları tərəfindən aradan qaldırılıb.

Onun sözlərinə görə, hazırda rayonun mərkəzi və bütün qəsəbə və kəndlərinin elektrik enerjisi təchizatı fasiləsiz təmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun