Ermənistanın sabiq prezidenti Serj Sarkisianın qardaşı Aleksandr Sarkisian polis tərəfindən saxlanılıb.
Onu İrəvanın mərkəzində tutublar. A. Sarkisian qanunsuz silah gəzdirmək şübhəsi ilə saxlanılıb.
İyun ayının 20-dən başlayaraq A.Sarkisianın nəzarətində olan şirkətlərdə yoxlamalar başlamışdı. Erməni polisinin verdiyi məlumata görə, bu şirkətlərdə 1 milyard dramdan artıq vəsaitin mənimsənilməsi aşkarlanıb.