Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
İyunun 28-də Bakı və Abşeron yarımadasında havanın günəşli olacağı bildirilir.
Abşeronda gecə 20-24, gündüz 33-38, Bakıda gecə 22-24, gündüz 36-38 dərəcə isti olacaq.
İyunun 28-də Azərbaycanın rayonlarında da havanın yağmursuz keçəcəyi gözlənir.
Gecə 19-24, gündüz 36-41, dağlarda gecə 15-20, gündüz 23-28 dərəcə isti təxmin edilir.