Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
İyunun 14-də Bakı və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi bildirilir. Şimal-qərb küləyinin əsəcəyi, gündüz cənub-şərq küləyi ilə əvəz olunacağı təxmin edilir.
Abşeronda gecə 17-19, gündüz 25-30, Bakıda gecə 17-19, gündüz 26-28 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da iyunun 14-də havanın, əsasən, yağmursuz keçəcəyi gözlənir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimal edilir. Gecə 13-18, gündüz 28-33, dağlarda gecə 7-12, gündüz 15-20 dərəcə isti təxmin edilir.