Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
İyunun 17-də Bakıda və Abşeronda güclü şimal-qərb küləyi əsəcək. Günün ikinci yarısında başlayan külək iyunun 19-dək davam edəcək.
Havanın temperaturu bir neçə dərəcə enəcək.
Ölkə rayonlarında hava şəraiti qeyri-sabit olacaq, leysan yağacaq, dolu düşəcək, qərb küləyi əsəcək. Çaylarda sululuq artacaq. Dağlarda daşqın olacağı ehtimal edilir.