Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
İyulun 29-da Bakıda və Abşeronda isti və quru hava şəraiti davam edəcək. Havanın temperaturu gündüz +39 dərəcə olacaq.
Ölkə regionlarında da hava quru və isti olacaq. Aran rayonlarında havanın temperaturu +42, dağlarda +30 dərəcə olacaq.
İsti hava şəraiti meteohəssas insanlara mənfi təsir göstərəcək. Belə hava şəraiti iyulun 2-dək davam edəcək.