Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti oldu

Nərgiz Paşayeva AMEA-nın vitse-prezidenti oldu
8 İyun 2018
Mətni dəyiş

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) iyunun 8-də keçirilən illik yığıncağında qurumun vitse-prezidentləri və Rəyasət Heyətinin yeni tərkibi də seçilib.

AMEA-nın məlumatına görə, akademik Nərgiz Paşayeva bu qurumun yeni vitse-prezidenti seçilib. N.Paşayeva Azərbaycan prezidentinin xanımı, Birinci vitse-prezident Mehriban Əliyevanın bacısıdır.

Akademik İradə Hüseynovanın da AMEA-nın vitse-prezidenti seçildiyi bildirilir.

AMEA-nın əvvəlki vitse-prezidentləri İsa Həbibbəyli, İbrahim Quliyev, Tofiq Nağıyev və Dilqəm Tağıyev də təkrar bu vəzifəyə seçiliblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun