"Sahil" metro stansiyası əsaslı təmirdən sonra iyunun 7-də istifadəyə verilib.
Açılış mərasimində prezident İlham Əliyev iştirak edib.
"Sahil" 1967-cı ildə açılmış stansiyalardan biridir.
2017-ci ilin sentyabrında təmirə dayanmışdı, təmir müddətində eskalatorlar, divar və döşəmə üzlükləri dəyişdirilib.