İranda azərbaycanlıların məskunlaşdığı Parsabad şəhərində küçələrə Bəzz qalasına ənənəvi yürüşə çağırış şüarları yazılıb.
Bu şüarların iyunun 25-dən azərbaycanlı fəallar tərəfindən yazılmağa başladığı bildirilir.
Məlumat üçün bildirəm ki, Güney Azərbaycanda hər il iyul ayının əvvəlində Bəzz qalasında Azərbaycanın tarixi və milli qəhrəmanı Babək Xürrəminin ad günü qeyd olunur. Güney Azərbaycanın şəhərlərindən Bəzz qalasına yürüş təşkil olunur. Bu il də il iyulun 5-i və 6-da ənənəvi yürüşün təşkilinə hazırlıq görülür.
Hazırda şəhərin ən hərəkətli yerlərində divarlarda “İyulun 5-i və 6-da görüşümüz Babək qalasında” yazıları görünməkdədir.




