Havanın temperaturu +41 dərəcəyə yüksələcək

Havanın temperaturu +41 dərəcəyə yüksələcək
30 İyun 2018
Mətni dəyiş

Azərbaycanda şənbə və bazar günlərinə olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Şənbə və bazar günləri ölkə ərazisində isti və quru hava şəraiti davam edəcək. Bakıda və Abşeronda havanın temperaturu +37+41 dərəcə olacaq, mülayim cənub küləyi əsəcək.

Bu cür hava şəraiti meteohəssas insanlar üçün əlverişsiz olacaq, sinoptiklər bildiriblər.

Böyük Qafqaz regionunda hava quru və isti olacaq, havanın temperaturu +39+43, Cənub bölgəsində +36+41 dərəcə olacaq.

Aran rayonlarında havanın temperaturu +41+43, Naxçıvanda +37+42 dərəcə olacaq.

Həkimlər saat 11:00-dan 17:00-dək açıq havada olmamağı tövsiyə edirlər. Azyaşlı uşaqlarla çimərlyə gedən valideynlər daha diqqətli olmalıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun