Erdogan: "Nazirləri ixtisar edəcəm"

Erdogan: "Nazirləri ixtisar edəcəm"
22 İyun 2018
Mətni dəyiş

Türkiyə prezidenti Recep Teyyub Erdogan bildirib ki, bazar günü seçkilərdə qalib gəlsə, nazirlərin sayını 16-a endirəcək, hökumətin qərar vermə sürətini artıracaq.

Prezident bunu iyunun 21-də ATV telekanalına müsahibəsində deyib.

“Mən baş nazir olanda hökumətdə 37 nazir var idi, biz onların sayını 26-a endirdik, indi 16-a salacağıq”.

Erdogan deyib ki, iqtisadiyyatla məşğul olan nazirliklərin sayı 6-dan 3-ə endiriləcək.

“Yeni sistemlə biz bürokratiyanı azaldacağıq. Qərarlar daha tez veriləcək, bütün xidmətlər real nəticəyə hesablanacaq”.

Erdogan deyib ki, nazirlərdən başqa, sosial, sağlamlıq və xarici siyasətlə bağlı doqquz siyasi kollegiya yaradılacaq və onlar prezidentə birbaşa hesabat verəcəklər.

İyunun 24-də Türkiyədə prezident və parlament seçkisi keçiriləcək.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun