Türkiyə prezidenti Recep Tayyip Erdoğan qatıldığı televiziya proqramında ölkədə "fövqəladə vəziyyət"-in ləğv edilə biləcəyini deyib.
"Gülen"in strukturlaşması ilə bağlı "FETÖ"-nün bizim dövrümüzdə böyüdüyü iddiasını inkar etmərəm, xəyanət şəbəkəsi imiş", Erdoğan deyib.
Erdoğan "Fetullahçı Terror Təşkilatı" ilə mübarizə haqqında da danışıb:
"FETÖ-nün bizim dövrümüzdə böyüdüyü iddiasını inkar etmərəm. Bunlar böyük xəyanət şəbəkəsi içindəymiş. Aldadıldıq. Erdal İnönü, Bülent Ecevit dövrünə qədər getmək olar. Ecevit və İnönü bunların ən yaxın dostları idi. Erdal İnönü-nün bunların məktəblərini ziyarət etdiyini yaxşı bilirəm", - Erdoğan söyləyib.
Erdoğan sözügedən qruplaşmaya inanmaqla yanıldıqlarını deyib.
Kandil əməliyyatı: "Mahmur düşərgəsini də vura bilərik"
Erdoğan Kandil əməliyyatı ehtimalı ilə bağlı müzakirələrdə "Mahmur çox əhəmiyyətlidir, oranı da vura bilərik" deyib.
Erdoğan rəsmi Bağdadla danışacağını və həll yolu gözlədiyini deyib: "Bağdad bunu həll edəcəyini desə, çox yaxşı, həll edə bilmərəm desə, Sincarı da, Kandili də vuracayıq", - o bildirib.
Erdoğan Mahmur-un əhəmiyyətini xüsusi vurğulayıb:
"Mahmur çox əhəmiyyətlidir. BMT elə deyib, belə deyib... BMT Mahmur məsələsini həll etməlidir. Ban Ki Moon-la bunları danışdım. Bu məsələləri həll etməsəniz, vuracayıq".