Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub, 30-dək sərnişin yaralanıb

Bakı-Tbilisi sərnişin avtobusu "Kamaz"la toqquşub, 30-dək sərnişin yaralanıb
1 İyun 2018
Mətni dəyiş

Hacıqabul rayonunda "Kamaz"la toqquşan nəqliyyat vasitəsi Bakı-Tbilisi sərnişin avtobusudur.

Hacıqabul rayon Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının və Şirvan şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları hadisə yerinə cəlb ediliblər.

İlkin məlumatlara görə, yaralılardan 14 nəfəri Şirvan Şəhəri Mərkəzi Xəstəxanasına yerləşdirilib. Digər yaralıların isə Hacıqabul Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirildiyi bildirilir.

Yaralıların ümumi sayının 30-dək olduğu bildirilir. Yaralılardan ikisinin vəziyyəti ağırdır, digərlərinin həyatına təhlükə yoxdur.

***

Hacıqabul rayonunda sərnişin avtobusu qəzaya düşüb.

Hadisə Bakı-Qazax yolunun rayonun Atbulaq qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, sərnişin avtobusu idarəetmədən çıxaraq aşıb. Nəticədə iki nəfər yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun