Şəki şəhər Məhkəməsinin qərarı ilə AXCP fəalı Rauf Əbdürrəhmanlıya 30 sutka həbs cəzası verilib.
O, ünvansız söyüş söyməkdə günahlandırılır.
***
Azərbaycan Xalq Cəbhəsi Partiyasının Şəki rayon təşkilatının fəalı Rauf Əbdürrəhmanlı iyunun 13-də Bakıda saxlanılıb.
Bu barədə AXCP-dən bildiriblər.
O, Şəkiyə göndərilib. R.Əbdürrəhmanlı Şəkidə polis şöbəsində saxlanılır.
AXCP-də hesab edirlər ki, Əbdürrəhmanlının saxlanması onun siyasi fəaliyyəti, hakimiyyəti tənqid etməsi ilə bağlıdır.
DİN fəalın saxlanması haqqında məlumatı şərh etmir.