AŞPA-nın yeni prezidenti seçilib

AŞPA-nın yeni prezidenti seçilib
26 İyun 2018
Mətni dəyiş

İyunun 25-də Avropa Şurası Parlament Assambleyasının iclasında Liliana Mori-Paskye AŞPA-nın prezidenti seçilib.

O, AŞPA-nın 32-ci prezidenti və 1949-cu ildən bu yana isveçrəli ikinci nümayəndədir.

Mori-Paskye çıxışında bildirib ki, bu gün Avropa Şurası dəyərlərinin hər zamankından daha çox dəstəyə və müdafiəyə ehtiyacı var.

"Çox gərgin miqrasiya və təhlükəsizlik şəraitində ekstremizm, zorakılıq və repressiyaların artması bizi birləşdirən hər şeyin daimi dəstəklənməsini tələb edir", - deyə qeyd edib.

"Bəzi Avropa ölkələrində ifadə, KİV, toplaşma azadlığının, hüquq bərabərliyi və azlıqların müdafiəsinin sıxışdırılması faktları narahatlıq doğurur. İnsan hüquqları, demokratiya və qanunun aliliyi əzab-əziyyət, istismar və yoxsulluq üçün bəhanə olmamalıdır.

Bizim və təmsil etdiyimiz dövlətlərin hər birinin iştirakı olmadan sülhə yardım etmək mümkün deyil", - o vurğulayıb.

AŞPA-da korrupsiyaya qarşı həyata keçirilən tədbirlərə toxunan Mori-Paskye əmin olduğunu bildirib ki, onun sədrliyilə Assambleya öz şərəfinin bərpa olunmasını davam etdirəcək və tam şəffaflığa doğru irəliləyəcək. "Ancaq milli hökumətlər və parlamentlər də öz addımlarını atmalı və bu ilin sonunadək görülmüş işlər barədə məlumat verməlidirlər", - o qeyd edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun