Aqil Mәhәrrәmli də hәbsdә saxlanıldı

Aqil Mәhәrrәmli də hәbsdә saxlanıldı
1 İyun 2018
Mətni dəyiş

Mayın 25-dә hәbs edilәn vә barәlәrindә 4 aylıq hәbs qәtimkan tәdbiri seçilәn 3 AXCP funksionerindәn sonuncunun, AXCP Rəyasət Heyətinin üzvü, “Azadlıq” qəzetinin əməkdaşı – Aqil Mәhәrrәmovun da apellyasiya şikayәrinә baxılıb vә şikayәt tәmin olunmayıb.

Bu gün Bakı Apellyasiya Mәhkәmәsindә qapalı keçirilәn prosesdә hәbs qәtimkan tәdbiri barәdә Nәsimi mәhkәmәsinin qәrarı qüvvәdә saxlanılıb. Xatırladaq ki, dünәn onunla eyni gündә hәbs olunan Ruslan Nәsirli vә Babәk Hәsәnovun apellyasiya mәhkәmәsi olub vә barәlәrindә verilәn hәbs qәtimkan qәrarı qüvvәdә saxlanılıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun