ABŞ Prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Conq Unla görüşüb.
Video-kameralar qarşısında əl sıxan iki lider Koreya yarımadasının nüvəsizləşdirilməsi üzrə danışıqları davam etdirmək üçün bir neçə dəqiqə sonra Sinqapurda otelə çəkiliblər.
Bir-birinə tərəf addımlayıb əl sıxan liderlərin arxa fonunda ABŞ və Şimali Koreya bayraqları düzlənib. İlk dəfədir ki, ABŞ və Şimali Koreya liderləri üzbəüz görüşürlər.
Trampın avtokarvanı Sinqapurun kurort adası olan Sentosadakı Kapella Otelinə ilk öncə gəlib. Bir neçə dəqiqə sonra Kimin avtokarvanı otelə çatıb.
Kimlə yanaşı oturmuş Tramp “böyük müzakirə”-nin baş tutacağını deyib.
"Biz olduqca uğurlu olacağıq və bu, mənim üçün şərəfdir. Məndə şübhə yoxdur ki, bizim gözəl münasibətlərimiz olacaq,” Tramp deyib.
Tərcüməçi vasitəsilə danışan Kim görüşə gedən yolun “asan” olmadığını vurğulayıb. “Köhnə stereoptiplər və praktikalar bizim qarşıya gedən yolumuzda maneə olub, ancaq biz onları adlamışıq və bu gün buradayıq,” deyə Şimali Koreya lideri bəyan edib.
ABŞ prezidenti Şimali Koreya lideri ilə tarixi görüşdən sonra Sinqapuru tərk edəcək.
Ağ Evin bildirdiyinə görə, Donald Tramp Kim Conq Unla səhər yalnız tərcüməçilərin iştirak edəcəyi görüşdə bir araya gələcək. Müzakirələrdən sonra liderlər iş yeməyində olacaq.
Bundan sonra isə dövlət katibi Mayk Pompeo, prezident aparatının sədri Con Kelli və milli təhlükəsizlik müşaviri Con Boltonun da qatılacağı əhatəli danışıqlar olacaq.
ABŞ rəsmiləri əldə ediləcək hər bir arzılığın Şimali Koreyanın nüvə və ballistik raket proqramlarına son qoyulmasına xidmət edəcəyini bildirib.
ABŞ dövlət katibi Sinqapurda müxbirlərə deyib ki, Amerikanın daha əvvəlki liderlərinin Pxenyanla əldə etdiyi “davamsız razılıqlar” qəbul edilməyəcək.
Şimali Koreyaya qarşı sanskiyalar kütləvi qırğın və nüvə silahları məhv edilməyənədək qüvvədə qalacaq.