ABŞ BMT-nin insan haqları şurasından çıxdı

ABŞ BMT-nin insan haqları şurasından çıxdı
20 İyun 2018
Mətni dəyiş

Birləşmiş Ştatlar BMT-nin insan haqları şurasına üzvlükdən imtina edib.

AzadlıqRadiosunun məlumatına görə, ABŞ-ın təşkilatdakı daimi nümayəndəsi Nikki Haley iyunun 19-da Dövlət departamentində çıxış edərkən şuranı, avtoritar hakimiyyətlərin insan haqlarını ciddi şəkildə pozmasına göz yummaqda və müntəzəm olaraq israili tənqid etməkdə pisləyib.

“Bu addımı ona görə atırıq ki, bizim öhtəliyimizikiüzlü və özünə xidmət göstərən bir təşkilatda qalmamıza ikan vermir”.

Nikki Hale deyib ki, şura müntəzəm olaraq “İsrail əleyhinə” tədbirlər qəbul etməyə can atır.

ABŞ rəsmiləri çoxdandır şikayətlənirlər ki, şura digər ölkələrdə insan haqları pozuntularına məhəl qoymur və həddən artıq İsrailin üzərində dayanır.

Nikki Haley qeyd edib ki, Vaşinqton çoxdandır ki, bu orqanda islahatlar aparılmasına çalışır, amma bu səylər nəticə vermir. O qeyd edib ki, Kyba, Rusiya, Çin, Misir və Venesuaela Şurada islahatları əngəlləyirlər .

BMT-nin insan haqları şurası 2006-cı ildə, keçmiş ABŞ prezidenti George Bush-un dövründə yaradılanda Vaşinqton ona qoşulmaqdan imtina edirdi.

Amma ondan sonra gələn prezident Barack Obama 2009-cu ildə bu quruma qoşulmaq qərarına gəldi.

İsrailin baş naziri Benjamin Netanyahu ABŞ-ın bu addımını alqışlayıb.

BMT-nin insan haqları üzrə rəsmisi Zeid Ra'ad al-Hussein isə Vaşinqtonun qərarından təəssüf bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun