Əhali kütləvi şəkildə dollar almağa başlayıb

Əhali kütləvi şəkildə dollar almağa başlayıb
11 İyun 2018
Mətni dəyiş

Azərbaycan bankları bu ilin aprel ayında nağd xarici valyuta ilə mübadilə əməliyyatları çərçivəsində əhaliyə 411,732 mln. ABŞ dollarının xalis satışını həyata keçiriblər.

Mərkəzi Bankın (AMB) məlumatına görə, bu, mart ayı ilə müqayisədə 15 dəfə çoxdur.

Apreldə əhali banklardan 545,660 mln. dollar alıb, banklara 133,928 mln. dollar satıb. Aylıq müqayisədə əhaliyə dollar satışı 2,7 dəfə artıb, əhalidən dollar alışı isə 24% azalıb.

2018-ci ilin yanvar-fevral aylarında əhalidən dollar alışı satışı üstələdiyi halda, mart və aprel aylarında əks proses baş verib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun