Bu gün prezident İlham Əliyev Bakının Binəqədi rayonunun icra hakimiyyəti başçısı Xaləddin İsgəndərovun işdən azad edilməsinə dair sərəncam imzalayıb. Sərəncam prezidentin rəsmi saytında yerləşdirilib.
Keçmiş vergilər naziri Fazil Məmmədovun qohumu olan Xaləddin İsgəndərovun işdən azad ediləcəyi haqda bir müddət idi xəbərlər yayılırdı.