Vəkillərə Saleh Rüstəmov və onun digər qohumları ilə görüş verilmir

Vəkillərə Saleh Rüstəmov və onun digər qohumları ilə görüş verilmir
15 May 2018
Mətni dəyiş

"Hələlik vəkillər nə qardaşım Saleh Rüstəmovla, nə də qardaşım oğlu Vidadi Rüstəmovla görüşə bilməyiblər", - S. Rüstəmovun qardaşı Taleh Rüstəmov Turan-a bildirib.

T.Rüstəmovun sözlərinə görə, hər iki yaxını 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılır.

İşi aparan müstəntiqlər görüşə şərait yaradacaqları barədə vəkillərə vəd versələr də buna əməl etmirlər.

S.Rüstəmovun vəkili apellyasiya şikayəti verib və mayın 16-da saat 15.00-də Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Xatırladaq ki, S.Rüstəmov 1992-93-cü illər Azərbaycan Xalq Cəbhəsi hakimiyyəti dönəmində Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı olub. 1997-ci ildən Rusiyada yaşayır, Rusiya vətəndaşıdır və orada kiçik bizneslə məşğul olur.

Bu ilin mayında S.Rüstəmov qohumunun yas mərasimində iştirak etmək üçün Gədəbəyə gəlib, mayın 8-də yenidən Rusiyaya qayıtmaq üçün Bakıya gəlmək istəsə də Şəmkir yaxınlığındakı postda saxlanılıb, Bakıya gətirilib və burada Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotika satışı) maddəsilə barəsində cinayət işi başlanılıb.

Elə həmin gün S.Rüstəmovun qardaşı oğlu V.Rüstəmov da saxlanılıb. Nərimanov Rayon Məhkməsi eyni maddə ilə onun barəsində də 4 aylıq həbs qərarı çıxarıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun