Türkiyədə Səadət Partiyası prezident seçkilərində iştirak edəcək namizədini elan edib.
Abzas.net Türkiyə mətbuatına istinadən xəbər verir ki, Səadət Partiyasının prezidentliyə namizədi Temel Karamollaoğlu olacaq.
77 yaşlı T.Karamollaoğlu öncələr millət vəkili və Sivas bələdiyyə başqanı olub.
Bu gündən Türkiyədə etibarən siyasi partiyalar tərəfindən prezidentliyə namizədlərin irəli sürülməsinə başlanıb.
Ceçki təqviminə əsasən siyasi partiyalar 5 may saat 17:00-a, seçicilərin təşəbbüs qrupları isə 2 may saat 17:00-a qədər öz namizədlərinin adını Yüksək Seçki Qurumuna təqdim etməlidir. Seçicilər tərəfindən irəli sürüləcək namizəd üçün 100 min imza tələb olunur. Bu imzalar 4-9 may tarixləri arasında toplanmalıdır.