Türkiyənin Hakkari əyalətinin Şemdinli rayonunda xidməti vəzifəsini icra etməyə gedən qoruyucu dəstənin keçdiyi yerdə minanın partladılması nəticəsində 2 nəfər şəhid olub, 3-ü yaralanıb.
DHA xəbər verir ki, qoruyucuların mindiyi avtomobil terrorçu PKK qruplaşmasının yola döşədiyi minaya düşüb.
Hadisə mayın 24-də səhər saatlarında İranla dövlət sərhədindən 45 km aralıda, Şemdinli rayonunun Kayalar bölgəsində baş verib. İlkin məlumata görə, şəhid olan qoruyucular Fehmi və Ayhan Özər qohumdurlar. Yaralılar Şemdinli Dövlət Xəstəxanasına yerləşdiriliblər.