Türkiyədə hərbi hava qüvvələrinin 101 zabiti saxlanıb

Türkiyədə hərbi hava qüvvələrinin 101 zabiti saxlanıb
18 May 2018
Mətni dəyiş

Türkiyədə hərbi hava qüvvələrinin 33 zabiti ABŞ-da yaşayan müsəlman vaiz Fethullah Gülenlə iddia olunan əlaqələrinə görə saxlanıb.

Bu barədə Hürriyet qəzeti xəbər verir.

Ankara prokurorları ölkənin 21 vilayətində ümumilikdə 101 hərbi hava qüvvələri zabitinin həbsinə order veriblər.

Həbs edilənlərin arasında briqada generealı və 5 polkovnik var.

Türkiyə hakimiyyət orqanları 2016-cı ildə baş tutmamış çevriliş cəhdindən bəri vaxtaşırı hərbi heyət üzvlərinin həbslərini həyata keçirir.

Türkiyədə indiyədək 160 min nəfər çevrilişlə əlaqədə ittiham edilərək saxlanıb və bir o qədər də insan vəzifələrindən azad edilib.

Türkiyənin Qərb müttəfiqləri kütləvi repressiyaları sərt tənqid edirlər.

Prezident Recep Tayyip Erdoğanın tənqidçiləri deyirlər ki, o baş tutmamış çevrilişdən opponentlərini sıradan çıxarmaq üçün istifadə edir.

Türkiyə hökuməti isə bildirir ki, sərt tədbirlər ölkədə sabitliyin qorunması üçün zəruridir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun