Türkiyədə "Gülen" əməliyyatı: 300 əsgərin saxlanılması haqda qərar verilib

Türkiyədə "Gülen" əməliyyatı: 300 əsgərin saxlanılması haqda qərar verilib
11 May 2018
Mətni dəyiş

İstanbul Respublika Prokurorluğu Türk Silahlı Qüvvələrinə sızan Gülen strukturlaşma üzvləri olması səbəbilə 211-i hərbi xidmətini davam etdirən əsgər olmaqla 300 əsgərin saxlanılması haqqında qərar çıxarıb.

İstanbul Respublika Prokurorluğu Terror və Mütəşəkkil Cinayətlər Bürosu tərəfindən aparılan istintaq çərçivəsində siyahıdakı 300 əsgərin evlərində axtarış etmək qərarı çıxarılıb.

Cümə günü səhər saat 9-dan başlayaraq 150 əsgər saxlanılıb.

2016-ci il iyulun 15-də bir qrup hərbçinin hakimiyyəti ələ keçirmək cəhdi nəticəsində 260 insan həlak olub. Daha 2,196 nəfər xəsarət alıb.

Cevriliş cəhdinin qarşısı alındıqdan sonra Türkiyədə minlərlə adam həbs olunub.

Bu hadisənin ardınca 150 min rəsmi işdən azad olunub və çevrilişlə əlaqədə ittiham olunanların təqibləri davam edir.

Həbs edilənlərin çoxunun ABŞ-da yaşayan mühacir dini xadim Fethullah Gülen ilə əlaqəsi olduğu iddia olunur.

Çevriliş cəhdinin hazırlanmasında əsas müqəssir şəxs sayılan Fethullah Gülenin işinə məhkəmədə qiyabi baxılır.

Fethullah Gülenin, ona qarşı irəli sürülmüş ittihamları rədd edir.

Prezident Recep Tayyip Erdoğan siyasi opponentlərini susdurmaqda ittiham olunur.

Tənqidləri rədd edən hökumət bildirir ki, yalnız çevrilişə dəstək verənləri məsuliyyətə cəlb edir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun