İsrailin Ankaradakı səfiri Eiatan Neah Türkiyə Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
“Anadolu” agentliyi xəbər verir ki, səfirin XİN-ə çağırılmasına səbəb dünən Qəzzada baş verən qanlı hadisələrdir.
Məlumata görə, israilli diplomata Qəzza-İsrail sərhədindəki hadisələrlə bağlı etiraz edilib.
XİN-dəki mənbələrə görə, İsrail səfirinə Türkiyənin Təl-Əvivdəki səfirinin məsləhətləşmələr üçün Ankaraya çağırıldığı və onun da bir müddət sonra ölkəsinə dönməsinin uyğun olacağı bildirilib.
“Haaretz” qəzeti də yazıb ki, səfir Eitan Naehdən Türkiyədən ayrılması istənilib.