Türkiyə Futbol Federasiyası (TFF) Fatih Terimə 9 milyon lirə təzminat ödəyəcək.
Məhkəmə 65 yaşlı mütəxəssisin TFF-yə qarşı təzminat tələbini təmin edib.
Qeyd edək ki, Fatih Terim ötən il iyulun 26-da Türkiyə yığmasının baş məşqçisi postundan istefaya göndərildikdən sonra müqaviləsi birtərəfli pozulduğu üçün məhkəməyə üz tutub. O, TFF-dən bir illik maaşını – 3,5 milyon avro tələb edirdi.