Tbilisidə etirazçılar parlament önündə çadırlar qurdu [video]

Tbilisidə etirazçılar parlament önündə çadırlar qurdu [video]
13 May 2018
Mətni dəyiş

Şənbə gününə keçən gecə Tbilisidə gecə klublarına polis reydlərindən sonra şəhərin mərkəzində kütləvi etiraz aksiyası başlayıb.

Yüzlərlə polis gecə saatlarında Tbilisinin mərkəzindəki məşhur “Basiani” və “Qalereya” klublarında reyd keçiriblər. Daxili İşlər Nazirliyi az sonra reydlərin narkotiklə bağlı olduğunu bəyan edib. Məlumata görə, bugünlərdə həmin klublarda dozadan artıq narkotik maaddə qəbul etdiklərinə görə 4 yerniyetmə ölüb.

Reydlər zamanı 8 nəfər həbs edilib. Onlar narkotik maddələrin yayılmasında şübhəli bilinirlər. Reyd zamanı polisə müqavimət göstərilib.

Sonra isə minə yaxın adam parlament binasının qarşısına toplaşıb və bu vaxt polislə qarşıdurma yaranıb. Polis qarşıdurma zamanı daha 20 nəfəri saxlayıb. Məlumata görə, narkotiklərin leqalaşdırılmasının tərfədarı olan hərəkatın lideri, “Qirçi” partiyasından prezidentliyə namizəd Zurab Caparidze də onların arasında olub. Amma bir qədər sonra o sərbəst buraxılıb.

“Belıy şum” (Ağ səs) İctimai birliyinin təşkilatçılığı ilə parlamentinin binası önündə keçirilən aksiyada baş nazir Georgi Kvirikaşvilinin və daxili işlər naziri Qeorgi Qaxariyanın, eləcə də yüksək vəzifəli daha bir neçə şəxsin istefası tələb olunur.

Aksiyaçılar baş nazir Georqi Kvirikaşvilini polisin gecə klubunda keçirdiyi xüsusi əməliyyatla bağlı mövqeyini açıqlamağı tələb etsələr də, buna görə ona saat 22:00-dək vaxt versələr də, baş nazir ultimatuma hər hansı reaksiya verməyib.

Hazırda Gürcüstan paytaxtında yağıntılı havanın olmasına baxmayaraq, etirazçılar aksiyanı davam etdirəcəklərini bildiriblər.

Etirazçılara yağış keçirməyən xususi plaş paltarlar paylanılıb. Yağışlı hava şəraitinə baxmayaraq, aksiya səhərə qədər davam edəcək. Etirazçılar meydanda çadırlar qurublar.

Aksiyaya ölkənin bölgələrindən də dəstək verilir. Aksiyaya dəstək məqsədilə Kutaisidən paytaxta 80 nəfər gəlib. Aksiyaya habelə Qori, Zestafoni, Kaspi və digər iri rayonların sakinləri də qoşulublar. Aksiyanın səhər daha geniş şəkildə davam edəcəyi bildirilir.

[embed]https://www.youtube.com/watch?v=Pbzd3MzqjnY[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun