Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb

Suriya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb
29 May 2018
Mətni dəyiş

Suriya Gürcüstanın separatçı bölgələri olan Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanıyıb.

Bu haqda AzadlıqRadiosu-nun gürcü xidməti məlumat yayıb.

Qondarma Abxaziya respublikasının xarici işlər naziri Daur Kove Facebook sosial şəbəkəsində yazıb ki, Suriya separatçı qurumun müstəqilliyini tanıyıb.

Abxaziya “prezidenti”nin vebsaytında yerləşdirilmiş məlumatda deyilir ki, “mayın 29-da Abxaziya Respublikası və Suriya Ərəb Respublikası bir-birlərini tanıdıqlarını, səfirliklər səviyyəsində diplomatik münasibətlərin qurulduğunu” elan ediblər.

Bu gün Cənubi Osetiya separatçı rejiminin də müstəqilliyinin tanınması haqda informasiya yayılıb. Qondarma respublikanın xarici işlər nazirliyi Suriya ilə qarşılıqlı diplomatik münasibətlərin qurulması haqda kommunike yayıb.

Cənubi Osetiyanın “rəhbəri” Anatoly Bibilov bunu tarixi hadisə adlandırıb, Suriya prezidenti Bashar al-Assad-a şəxsən təşəkkür edib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun