Beynəlxalq kredit reytinqi agentliyi Standard & Poor's (S&P), Türkiyənin xarici və yerli valyutada uzunmüddətli kredit reytinqini "BB"dən "BB-/B"yə endirib, proqnozunu isə "mənfi"dən "sabit"ə dəyişdirilib. Qurum tərəfindən verilən açıqlamada, Türk Lirəsinin dəyərdən düşməsinin və volatilliyinin maliyyə sabitliyinə risk olduğu bildirilərək, Türkiyədə yüksək inflyasiya ilə birlikdə pisləşən cari və maliyyə kəsirə də işarə edilib.