Skripal xəstəxanadan buraxılıb

Skripal xəstəxanadan buraxılıb
18 May 2018
Mətni dəyiş

Martda İngiltərədə sinir qazıyla zəhərlənmiş keçmiş rusiyalı casus Sergei Skripal mayın 18-də xəstəxanadan buraxılıb.

Məlumatı Britaniyanın səhiyyə rəsmiləri yayıb.

Skripal və qızı Yulia martın 4-də İngiltərənin Solsberi xəstəxanasında skamyada huşsuz vəziyyətdə tapılmışdılar. Yulia Skripal apreldə xəstəxanadan buraxılıb. Skripalların köməyinə gəlmiş polis əməkdaşı da buraxılıb.

Milli Səhiyyə Xidməti bəyanatında hər üç şəxsin xəstəxanadan buraxıldığını bildirib.

“Sergei Skripal-ın Solsberi Xəstəxanasından buraxılması fantastik xəbərdir”, – xəstəxananın direktoru Cara Charles-Barks deyib.

Baxıcılıq şöbəsinin direktoru Lorna Wilkinson deyib ki, bu, “onun sağalmasında vacib mərhələdir, indi proses xəstəxanadan kənarda davam edəcək”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun