Azərbaycanda sabahdan, mayın 26-dan ov mövsümü açıq elan olunur.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktor müavini Hikmət Əlizadə mətbuat konfransında deyib.
O bildirib ki, mövsüm 2019-cu ilin mart ayının 16-na qədər davam edəcək. Ovçuluğa şənbə və bazar günlərində icazə veriləcək. Ovçular ovçuluq təsərrüfatı sahələri və nazirliyin müəyyən etdiyi ərazilərdə ov edə bilərlər. Qanunvericilikdə xarici vətəndaşların da ov etməsinə icazə verilir. Ancaq xarici ovçu da qanunlara əməl etməlidir.
Direktor müavininin sözlərinə görə, yerli və xarici vətəndaşlar üçün rüsum eynidir.