Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.
İyunun 1-də Bakı və Abşeron yarımadasında havanın, əsasən, yağmursuz keçəcəyi bildirilir. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı ehtimal edilir. Mülayim şimal-qərb küləyinin əsəcəyi, axşam arabir güclənəcəyi təxmin edilir.
Abşeronda gecə 16-18, gündüz 24-29, Bakıda gecə 16-18, gündüz 25-27 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında da havanın, əsasən, yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış yağacağı gözlənir. Ayrı-ayrı yerlərdə yağışın leysana keçəcəyi, dolu düşəcəyi ehtimalı var. Gecə 12-17, gündüz 27-32, dağlarda gecə 7-10, gündüz 11-16 dərəcə isti təxmin edilir.