Sabaha olan hava proqnozu açıqlanıb

Sabaha olan hava proqnozu açıqlanıb
19 May 2018
Mətni dəyiş

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti məlumat verib.

Mayın 20-də Abşeronda gecə 15-18, gündüz 26-30, Bakıda gecə 16-18, gündüz 28-30 dərəcə isti olacaq.

Ölkənin bəzi bölgələrində də havanın yağmursuz olcağı bildirilir. Ancaq bir sıra dağlıq, şimal-şərq rayonlarında qısamüddətli yağış yağacağı gözlənir. Gecə 11-19, gündüz 27-33, dağlarda gecə 5-13, gündüz 17-24 dərəcə isti təxmin edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun