Ermənistanın müxalifət lideri Nikol Pashinian mayın 8-də gözlənən səsvermədə baş nazir postuna rəsmən namizəd elan edilib.
O, 105 yerlik parlamentdə 41 deputatın dəstəyini təmin edib. Açıqlamanı mayın 3-də AzadlıqRadiosu-na Pashinian-ın rəhbərlik etdiyi Yelk fraksiyasının üzvü Ararat Mirzoian verib.
Pashinian mayın 2-də üç həftədir davam edən etirazlarda fasilə elan edib. Artıq hakim Respublikaçı Partiya (HHK) da onun baş nazirliyə namizədliyini dəstəkləyəcəyini bildirib.