Azərbaycanda fəaliyyət göstərən vəkillərin sayı açıqlanıb. Bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.
Kollegiyanın sədri bildirib ki, ölkədə fəaliyyət göstərən vəkillərin sayı 1039 nəfərdir.
A.Bağırovun sözlərinə, Azərbaycanda ilk dəfədir ki, vəkillərin sayı 1000 nəfəri keçir.
Anar Bağırov bildirib ki, imtahanları və icbari təlimi uğurla başa vuraraq vəkilliyə qəbul edilən 90 nəfərin böyük əksəriyyəti 40 yaşına kimi olan hüqüqşünaslardır.
Kollegiya sədri, payızda vəkilliyə qəbulla bağlı növbəti imtahan keçirməyi düşündüklərini qeyd edib.