Ermənistanın baş naziri Nikol Pashinianın oğlu Ashot Paşinyan hərbi xidmətini Qarabağda çəkəcək.
Bu barədə mayın 27-də AzadlıqRadiosu-nun erməni xidməti məlumat yayıb.
Nikol Pashinian oğlu ilə birlikdə özünün “Feysbuk” səhifəsində canlı yayıma çıxıb.
Məlumata görə bu ilin martında Ashot Pashinianın 18 yaşı tamam olub.
O, həmçinin xaricdə olan soydaşlarını hərbi xidmətdən yayınmamağa çağırıb.
Nikol Pashinian deyib ki, məqsədi “Feysbuk” vasitəsi ilə özünü tərifləmək deyil, sadəcə yaşı 18-ə çatan və xaricdə olan bütün Ermənstan vətəndaşlarını hərbi xidmətə həvəsləndirməkdir.
Pashinian Ermənistanın özündə müxtəlif bəhanələrlə hərbi xidmətdən yayınanları da hərbi komissarlığa gəlib, orduya getməyə çağırıb.
Pashinian həmçinin deyib ki, əgər xaricdə olan fərrarilər gəlib Ermənistanda hərbi xidmətə getsələr, onların cinayət məsuluyyətinə cəlb olunmamaları barədə göstəriş verəcək.
Ermənistanda orduya yay çağırışı iyulun 1-dən başlayır.