Navalny Rusiya boyu etiraz aksiyaları keçirir; saxlanılanlar var [foto, video]

Navalny Rusiya boyu etiraz aksiyaları keçirir; saxlanılanlar var [foto, video]
5 May 2018
Mətni dəyiş

Rusiya müxalifətinin lideri Aleksey Navalnı mayın 5-də Rusiya boyu etiraz aksiyaları keçirib.

"O, bizim üçün çar deyil" şüarı ilə keçirilən aksiyalarda Rusiyanın avtoritar prezidenti Vladimir Putin tənqid edilib.

Artıq Moskvada da aksiya başlayıb. Aksiya meriya ilə razılaşdırılmayıb.

***

"OVD-İnfo" xəbər verir ki, ölkə boyu 1000-cən insan saxlanıb. 600-a yaxın insan yalnız Moskvada saxlanıb.

Hələ ki polisin bu rəqəmlərə münasibəti bəlli deyil.

"OVD-İnfo" hüquq müdafiəçilərinin yaratdığı müstəqil media projektidir. Siyasi təqiblər üzrə ixtisaslaşıb.

***

Aksiyaçılar "Putin bizim prezident deyil", "Putin - oğrudur" şüarları qışqırırlar.

Moskva polisi Puşkin meydanı yaxınlığında etirazçıları saxlamağa başlayıb.

Polis əməkdaşları həm də meqafonla aksiyaçılara müraciət edirlər ki, "aksiya qanunsuzdur, dağılışın!"

Hakimiyyətyönümlü fəallar da buraya gəlib Navalnı tərəfdarlarına qarşı şüarlar səsləndirirlər.

***

Moskvada - Puşkin meydanında aksiyanın təşkilatçısı - müxalifət lideri Aleksey Navalnı saxlanıb.

O, aksiyaya gələn kimi saxlanılaraq naməlum istiqamətdə aparılıb.

***

Sankt-Peterburqda da Navalnının tərəfdarları küçələrə çıxıb. Amma polis onların getmək istədiyi Saray meydanını (Dvortsovaya ploshad) bağlayıb.

 ***

"OVD-İnfo" xəbər verir ki, ölkə boyu 600-cən insan saxlanıb. Hələ ki polisin bu rəqəmlərə münasibəti bəlli deyil.

"OVD-İnfo" hüquq müdafiəçilərinin yaratdığı müstəqil media projektidir. Siyasi təqiblər üzrə ixtisaslaşıb.

***

Rusiya müxalifətinin lideri Aleksey Navalny mayın 5-də Rusiya boyu etiraz aksiyaları keçirir.

"O, bizim üçün çar deyil" şüarı ilə keçirilən aksiyalarda Rusiyanın avtoritar prezidenti Vladimir Putin tənqid edilir.

Yakutskda yerli hakimiyyət orqanları ilə razılaşdırılmamış aksiyada 75 nəfər saxlanıb.

Bu barədə Azadlıq Radiosunun rus xidmətinə Navalnının tərəfdarları məlumat veriblər.

Saxlanmalar zamanı polis fiziki gücdən istifadə edib.

[embed]https://www.youtube.com/watch?v=GuhyeHTFupk[/embed]

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun