Medvedev yenə baş nazir seçildi

Medvedev yenə baş nazir seçildi
9 May 2018
Mətni dəyiş

Rusiya Dövlət Duması Dmitri Medvedevi ölkənin baş naziri vəzifəsinə təsdiqləyib.

Abzas.net xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Putin prezident postuna təsdiqlənəndən sonra Nazirlər Kabineti istefaya göndərilmişdi. Ancaq Putin yenidən Dmitri Medvedevlə işləmək arzusunda oilduğunu bildirib. Ölkənin ağır günlərində onun bu vəzifənin öhdəsindən uğurla gəldiyini, qətiyyətli addımlar atdığını iqtisadiyyatı dirçəltdiyini vurğulayaraq deputatları Medvedevin namizədliyini dəstəkləməyə çağırıb. Onun lehinə 374 deputat (83,1%), əleyhinə isə 56 deputat səs verib. Bitərəf qalan olmayıb.

D.Medvedevin hökumət başçısı olması üçün 226 səs gərək idi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun