Makedoniyanın yeni adı açıqlandı

Makedoniyanın yeni adı açıqlandı
20 May 2018
Mətni dəyiş

Makedoniyanın baş naziri Zoran Zaev ölkənin yeni adı ilə bağlı Yunanıstanla razılığa gəldiklərini bildirib.

Baş nazirin sözlərinə görə, onun ölkəsi indən belə

“İlinden Makedoniyası” adlandırıla bilər.

Qeyd edək ki, Skopye 1991-ci il-Balkan müharibəsi zamanı keçmiş Yuqoslaviyadan ayrılaraq müstəqilliyini elan elədi vəhəmin vaxtdan bu yana, onun adı ilə bağlı Makedoniya ilə Yunanıstan arasında mübahisə gedir.

Çünki Yunanıstanın belə adda bir bölgəsi var.

Amma Makedoniyanın baş naziri Zoran Zaev deyib ki, bu məsələ ölkədə referenduma çıxarılmalıdır.

İlinden Makedoniyasına gəldikdə isə, İlinden-Makedoniyanın şəhəridir.

1903-cü ildə bu şəhərdə Osmanlı imperiyasına,1944-cü ildə isə alman-faşist işğalına qarşı üsyan qaldırılıb.

Amma Yunanıstanın baş naziriAlexis Tsipras Zaevin bəyanatını şərh etməyib, tıkcə onu deyib ki, tərəflər məsələnin həllinə heç vaxt indiki qədər yaxın olmayıblar.

“Bu tarixi imkanı əldən verməməliyik. Gəlin finişə bir neçə metr qalmış qeyri-adi addımlar atmayaq”deyə baş nazir bildirib.

Bolqarıstanın xarici işlər naziri Ekatrina Zakharieva mayın 18-də Azadlıq Radiosuna bildirib ki, rətəflər “İlindin Makedoniyası” adını Sofiyada keçirilən Avropa Birliyi-Qərbi Balkan sammitində müzakirə ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun