İTV-ə yeni sədr seçiləcək

İTV-ə yeni sədr seçiləcək
14 May 2018
Mətni dəyiş

Milli Televiziya və Radio Şurası İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru vəzifəsinə seçki məqsədilə müsabiqə elan edir.

Bu barədə Milli Televiziya və Radio Şurasının (MTRŞ) bu gün, mayın 14-də yaydığı məlumatda bildirilir.

Məlumatda müsabiqədə iştiraka dair tələblər də çatdırılır.

Bu tələbə görə, namizəd Azərbaycan vətəndaşı və alitəhsilli olmalıdır. «Əvvəllər ağır və ictimai mənəviyyat əleyhinə olan cinayətlərə görə məhkum edilmiş, habelə məhkumluğu ödənilməmiş, fəaliyyət qabiliyyətsizliyi təsdiq olunmuş şəxslər müsabiqədə iştirak edə bilməzlər», - məlumatda qeyd edilir

Ötən həftə Cəmil Quliyevin İTV-nin baş direktoru vəzifəsində səlahiyyətlərinə xitam verilib.

Həmin vəzifənin müvəqqəti Balakişi Qasımova tapşırıldığı açıqlanıb.

C.Quliyevin səlahiyyətlərinə səhhəti və gələcək yaradıcılıq planları ilə əlaqədar xitam verildiyi bildirilirdi.

O, 2013-cü ilin aprelindən İTV-yə rəhbərlik edirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun