Azərbaycan mədəniyyətinə ağır itki üz verib.
Azərbaycanın xalq artisti Fuad Poladov uzun sürən ağır xəstəlikdən sonra vəfat edib.
Ailəsindən verilən məlumata görə, o, dünən gecə dünyasını dəyişib. Xalq artisti uzun müddət idi xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Hazırda xalq artisti Fuad Poladovla vida mərasimi keçirilir. Mərhum sənətkarın yaşadığı binanın həyətində yas çadırı qurulub. Vida mərasimində teatr və kino xadmiləri, ictimaiyyət nümayəndələri iştirak edir. Ailəsindən bildirilib ki, vida mərasimi 14.00- dək davam edəcək.
Mərhum "Qurd qapısı" qəbiristanlığında dəfn olunacaq.