“Exo” qəzetinin baş redaktoru Rauf Talışinski vəfat edib.
Bu barədə sosial şəbəkələrdə xəbər yayılıb.
O, ABŞ-da səfərdə olarkən ürək tutmasından dünyasını dəyişib. Nəşi yaxın günlərdə Bakıya gətiriləcək.
Rauf Talışinski 16 Noyabr 1956-cı ildə Azərbaycanın tanınmış ziyalı və zadəgən ailələrindən birində anadan olub. 1978-ci ildə Moskva Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. "Molodyoj Azerbaydjana", "Vışka" və "İzvestiya" kimi qəzetlərdə çalışıb. 1990-cı ildən "Ayna"/ "Zerkalo" qəzetinin rəhbərlərindən biri olaraq müasir Azərbaycan jurnalistikasının formalaşmasında böyük rol oynayıb. Rauf Talışinski 27 Yanvar 2001-ci ildən "Exo" qəzetinin baş redaktoru olub. Rauf Talışinski jurnalistikanın inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" fəxri adına layiq görülüb.