Ermənistanda hakin Respublikaçı Partiyanın parlament fraksiyasının rəhbəri Vahram Bağdasaryan deyib ki, onun partiyası parlamentdə mayın 8-də keçiriləcək təkrar səsvermədə baş nazirliyə öz namizədini irəli sürməyəcək və “kimliyindən asılı olmayaraq” millət vəkillərinin üçdə birinin dəstəyini qazanmış namizədə səs verəcək.
Bağdasaryan deyib ki, Respublikaçı Partiya bu qərarı ölkədə Nikol Paşinyanın çağırdığı tətillə əlaqədar yaranmış böhranın aradan qaldırılması naminə qəbul edib.
Hakim partiyanın parlamentdəki fraksiyası bu qərarı mayın 2-də qəbul edib. Bundan bir gün əvvəl fraksiya Paşinyanın əleyhinə səs verərək onun baş nazir seçilməsini bloklamışdı.
Bağdasaryanın bəyanatından bir neçə dəqiqə əvvəl parlamentdəki müxalifət bütün fraksiyaların Paşinyanı dəstəklədiyini və ona mayın 8-də minimum 35 səs veriləcəyini elan etmişdi.
Paşinyan və müxalif Tsarukyan alyansının mayın 2-də Yerevanda birgə keçirdiyi mətbuat konfransında alyansın lideri Qagik Tsarukyan baş nazirliyə Paşinyanın nominasiyasını dəstəkləyəcəyini bildirib.
Paşinyanın Yolk fraksiyasının parlamentdə 9, Tsarukyanın isə 31 mandatı var.
Beləliklə hakim partiyanın haqqında bəhs etdiyi “üçdə bir şərti” yerinə yetrilmiş ola bilər.