Ermənistan parlamenti Pashinianın əleyhinə səs verdi

Ermənistan parlamenti Pashinianın əleyhinə səs verdi
2 May 2018
Mətni dəyiş

Ermənistan parlamenti 45-55 nisbəti ilə müxalifət lideri Nikol Pashinianın baş nazir olması əleyhinə səs verib.

Pashinianın sadə çoxluğu qazanmaq üçün 8 səsi çatmayıb.

Bundan əvvəl hakim Respublikaçı Partiya fraksiyasının başçısı Vahram Bağdasaryan demişdi ki, fraksiya mayın 1-də keçirilən səsvermədə müxalifət lıideri Nikol Pashinianın əleyhinə səs verəcək.

Buna cavab olaraq Nikol Pashinian demişdi ki, Respublikaçı Partiya və onun parlament fraksiyası “öz-özünü geriyədönülməz şəkildə məhv etdi” və onun namizədliyini dəstəkləməməklə “öz xalqına qarşı müharibə elan etdi”.

***

Respublikaçı Partiyası fraksiyasının parlamentdəki iclası bitib. İclasda Nikol Pashinian-ın baş nazir postuna namizədliyi müzakirə olunub.

“Vahid qərara gəlmişik, onu fraksiyanın çıxışı zamanı eşidəcəksiz”, – fraksiya rəhbəri Bagram Bagdasarian  jurnalistlərə deyib.

Baş nazirliyə yeganə namizəd Pashinian-dır. Onun namizədliyini 9 mandatı olan Yelk fraksiyası irəli sürüb. Tsarukian (31 mandat) müxalif fraksiyası və hakim koalisiyanın keçmiş üzvü Dashnaksutyun (7 mandat) da Pashinian-ın namizədliyinə səs verəcəyini bildirib. Seçilməkdən ötrü ona 105 yerlik parlamentdə 53 səs lazımdır. 58 mandatı olan hakim partiya Pashinian-ın proqramıyla tanış olandan sonra mövqeyini bildirəcəyini deyib.

***

Nikol Pashinian parlamentdəki çıxışında deyib ki, xalqın məqsədi bir şəxsin digərilə əvəzlənməsi deyil, Ermənistanda oturuşmuş korrupsioner, antixalq, qəddar sistemin kökünün kəsilməsidir.

“Elə görünürdü ki, Respublikaçı Partiyası durumu ayıq-sayıq dəyərləndirir və xalqın, dövlətin maraqlarına uyğun rəhbərlik edəcək. Ancaq Serzh Sarkisian-ın rəhbərliyi ilə partiyanın başında duranlar öz xalqlarıyla siçan-pişik oyununu davam etdirirlər. Onlar indiyədək hələ xalqın namizədinə səs verəcəklərini açıqlamayıblar. Amma onu da anlayırlar ki, bu, mövcud böhranın həllindən ötrü yeganə yoldur”, – o deyib.

Baş nazirliyə namizəd onu da iddia edib ki, dünən (aprelin 30-da) axşam Sarkisian-la keçmiş prezident Robert Kocharianparlamentdəki bütün fraksiyaların üzvlərinə təzyiq göstərməyə başlayıblar, “onları hər yolla təhdid edərək xalqın namizədinə səs verməmələrini tələb edirlər”.

“Təsəvvür edin, məşhur tandem ümumxalq iradəsini tapdalayaraq hakimiyyətə qayıdış planı hazırlayıb. Bunun əsas aləti isə öncəki kimi təhdidlər, fiziki və psixoloji təzyiq, kompromatlardır. Bu yüksək tribunadan demək istəyirəm ki, cənablar, siz Ermənistanda yaranmış durumu anlamırsıznız və belə də davam edirsiniz. Sizi birbaşa xəbərdar edirəm, ümumxalq hərəkatının tolerantlığını zəiflik kimi anlamağınız proqnozlaşdırılmayan, arzulonmaz nəticələrə gətirə bilər. Nə qədər gec deyil, ayılın, çünki bu davranışınız sözün hərfi mənasında siyasi sunamiyə səbəb ola bilər”, - müxalifət lideri deyib.

Pashinian bir daha xalq müraciət edərək onları Respublika meydanına toplaşmağa çağırıb. “Sizin qələbənizi yenə oğurlamaq istəyirlər” deyə vurğulayıb.

***

Hazırda Ermənistan parlamenti yeni baş nazirin seçilməsi məsələsini müzakirə edir. Vitse- spiker Eduard Sharmazanovdeyib ki, hakim partiya, hələlik, necə səs verəcəyi ilə bağlı yekun qərar qəbul etməyib.

Pashinian parlamentdəki çıxışında bildirib ki, Respublikaçı Partiyasının səsverməni pozmaq cəhdi “sunami yaradacaq”. O, növbədənkənar parlament seçkisinin keçirilməsinin vacibliyini də vurğulayıb.

Prezident Armen Sarkisian bütün ictimai və siyasi qüvvələri sağlam məntiqlə, qanun çərçivəsində hərəkət etməyə çağırıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun