Polis AXCP-nin daha bir üzvünü saxlayıb.
Bu barədə partiyadan verilən məlumatda deyilir.
Mirfeyzulla Seyidov dünən günorta saatlarından yoxa çıxıb, onun axtarılması da nәticә vermәyib. Bu gün Nərimanov rayon Polis idarəsindən onun ailəsinə zəng edib orda saxlandığı deyilib.
Saxlanmanın səbəbləri haqqında məlumat verilməsə də, ailəsinə deyilib ki, tez bir zamanda ona lazım olan dərmanları çatdırsınlar. Xalq hərəkatının və AXCP-nin fəallarından olan M.Seyidov uzun zamandır dializ xəstəsidir. O xeyli müddətdir bu xəstəlikdən müalicə olunur və ailəsinin bildirdiyinə görə, sabah onun dializ almaq vaxtıdır.