AXCP Gənclər komitəsinin Ali Məclis üzvü Orxan Baxışlı narkotik ittihamı ilə həbs edilib.
Bu barədə AXCP-dən məlumat yayıblar.
O.Baxışlıya qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
İttiham sübuta yetirilərsə, gənc fəala əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə həbs cəzası verilə bilər.
AXCP hesab edir ki, gənc fəal bir müddət öncə 2005-ci ildə qətlə yetirilən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı başında hakimiyyəti sərt tənqid etdiyinə görə şərlənərək həbs edilib.